İngiltərədə işsizliyə dair müsbət proqnozlar

16 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında İngiltərənin əmək bazarı ilə bağlı açıqlanan fundamental məlumatlar müsbət qiymətləndirilir.

İngiltərədə işsizliyə dair müsbət proqnozlar

Böyük Britaniyada əmək bazarı ilə bağlı açıqlanacaq fundamental göstəricilərə əsasən, işsizlik səviyyəsi fevral ayında da yanvarda olduğu kimi 3.9% qalacağı proqnozlaşdırılır. Əmək haqlarında artım dinamikasında isə artımlar gözlənilir. İqtisadçılar əmək haqlarının 0.1% artaraq 3.5% təşkil edəcəyini ehtimal edirlər. Müqayisə üçün qeyd edək ki, yanvar ayında bu rəqəm 3.4% təşkil edirdi. Proqnozlar öz təsdiqini taparsa, funt sterling maliyyə bazarlarında bahalaşa bilər.