İngiltərədə pərakəndə satış dövriyyəsi 0.8% azalıb

19 Oktyabr 2017

İngiltərədə inflyasiyanın yüksək olması, ölkədə alıcılıq qabiliyyətinə mənfi təsir edir.

İngiltərədə pərakəndə satış dövriyyəsi 0.8% azalıb

İngiltərənin milli statistika idarəsinin cümə axşamı verdiyi rəsmi məlumatlara görə, ölkədə pərakəndə satış dövriyyəsi sentyabrda aylıq müqayisədə 0.8% azalıb və illik artım dinamikası 2.3%-dən 1.2%-ə düşüb. Mütəxəssislər aylıq müqayisədə yalnız 0.2%-lik azalma, illik artəm dinamikasının 2.1%-ə kimi azalacağını proqnozlaşdırırdılar. Avtomobil satışları isə aylıq olaraq 0.1% azalıb.

Beləliklə, öllkədə illik inflyasiyanın 2%-in üzərində olması, alıcılıq qabiliyyətinə mənfi təsir etməklə, illik dövriyyədə də artım səviyyəsinin son dörd ayın minimum səviyyəsinə kimi azalmasına səbəb olub. 

Məlumatların açıqlanmasından sonra GBP/USD məzənnəsinin ucuzlaşması 1.3127$-a kimi sürətlənib.