İngiltərədə pərakəndə satış dövriyyəsi 0.9% azalıb

18 Yanvar 2019

Breksit prosesi ölkədə iqtisadi aktivliyin azalmasına təsir etmişdir. Nəticədə pərakəndə satış dövriyyəsi də gözləniləndən çox azalmışdır.

İngiltərədə pərakəndə satış dövriyyəsi 0.9% azalıb

İngiltərənin milli statistika idarəsinin cümə günü verdiyi rəsmi məlumatlara görə, ölkədə pərakəndə satış dövriyyəsi dekabrda aylıq müqayisədə 0.9% azalıb və illik artım dinamikası 3.4%-dən 3.0%-ə düşüb. Mütəxəssislər aylıq müqayisədə yalnız 0.8%-lik azalma, illik artım dinamikasının 3.6%-ə kimi artacağı proqnozlaşdırırdılar.


İngiltərənin Avropa Birliyindən ayrılması, ölkə iqtisadiyyatına mənfi təsir etməklə, daxili bazarda dövriyyənin azalması ilə bərabər keçən ilin ortalarından etibarən inflyasiyanın da 2.7%-dən 2.1%-ə kimi azalmasına təsir etmişdir. 


Məlumatların açıqlanması GBP/USD məzənnəsinin 1.2926$-a kimi 0.6% ucuzlaşmasına təsir edib.