İngiltərədə pərakəndə satış dövriyyəsində zəif artım

16 Fevral 2018

İngiltərənin pərakəndə satış dövriyyəsi gözləntilərdən zəif artıb. Xəbərlərdən sonra GBP/USD məzənnəsi 0.5% ucuzlaşıb.

İngiltərədə pərakəndə satış dövriyyəsində zəif artım

İngiltərənin statistika idarəsinin verdiyi rəsmi məlumatlara əsasən, ölkədə pərakəndə satış dövriyyəsi yanvar ayında aylıq müqayisədə 0.1%, illik müqayisədə isə 1.6 artıb. Mütəxəssislər isə artımın aylıq 0.5% və illik 2.6% olacağını proqnozlaşdırırdılar. 

Avtomobil satışları istisna olmaqla hesablanan göstəricinin baza indeksi isə dekabr ayı ilə müqayisədə 0.1%, keçən ilin müvafiq dövrü ilə müqayisədə isə 1.5% artıb. Burada da həm aylıq, həm də illik göstəricilər analitiklərin müvafiq olaraq 0.6 və 2.5%-lik proqnozları qarşılığında zəif açıqlanıb. 

Məlumatların açıqlanmasından sonra GBP/USD məzənnəsi 1.4052$-a kimi 0.5% ucuzlaşıb.