İngiltərədə sənaye zəifləyir, ticarət defisiti artır

10 Dekabr 2018

İngiltərədə davam edən Breksit qeyri-müəyyənliyi sənaye sektorunun dinamikasını zəiflətməklə yanaşı, xarici ticarətdə də itirməsinə səbəb olur.

İngiltərədə sənaye zəifləyir, ticarət defisiti artır

İngiltərənin milli statistika mərkəzinin bazar ertəsi verdiyi məlumata görə, oktyabr ayında sənaye istehsalı 0.1% artıb, emal sənayesi isə 0.9% azalıb. Mütəxəssislər sənaye sektorunda 0.4% azalma, emal sənaye sektorunda dəyişikliyin olmayacağını proqnozlaşdırırdılar. 


Beləliklə, emal sənayesindəki oktyabr ayı ərzində azalma, aprel ayında 2013-ci ilin fevral ayından etibarən son 5 ilin ən aşağı göstəricisinin açıqlanmasından sonra ikinci ən aşağı səviyyədir. 


Sənaye sektorunda azalma müşahidə edilməklə yanaşı, ticarət balansında defisit də 10.7 milyard funt sterlinqdən 11.9 milyard funt sterlinqə yüksəlib. 


Dünya valyuta birjalarında GBP/USD məzənnəsi məlumatların açıqlanmasından sonra 1.26$-a kimi 1% ucuzlaşıb.


Qeyd etmək lazımdır ki, ölkədə Breksit qeyri-müəyyənliyi iqtisadiyyatda investisiyaların və istehlak aktivliyinin azalmasına səbəb olur. Sabah isə İngiltərə parlamentində hökümətin Avropa Birliyi ilə razılaşdırdığı Breksit sazişinin səs verilməyə çıxarılması gözlənilir.