İngiltərədə uçot faizində dəyişikliyi gözlənilmir

07 Fevral 2019

Bu gün "BoE" tərəfindən monetar siyasəti ilə bağlı açıqlanacaq önəmli fundamental məlumatlar investorların diqqət mərkəzində olacaqdır.

İngiltərədə uçot faizində dəyişikliyi gözlənilmir

Bu gün Bakı vaxtı ilə saat 16:00 -da İngiltərə Mərkəzi Bankı (ing.: "BoE") faiz qərarı ilə bağlı açıqlama verəcək. 


Mərkəzi Bankının inflyasiyanın hədəflənən səviyyədən aşağı olması və Breksit səbəbilə yarana biləcək riskləri nəzərə alaraq, faiz artımına getməyəcəyi gözlənilir.


Əlavə olaraq, mərkəzi bank tərəfindən inflyasiya hesabatları açıqlanacaq və monetar siyasətlə bağlı iclas keçiriləcəkdir. 2019-cu il üçün hədəflənən inflyasiya səviyyələrində və monetar siyasətdə yarana biləcək dəyişikliklər, funtun məzənnəsində kəskin qiymət dəyişiklərinə səbəb ola bilər.


GBP/USD cütlüyü isə 1.30 dəstəyini qırdıqdan sonra 1.30-1.29 səviyyələri arasında stabilləşib. Məzənnənin hədəf səviyyələri yuxarı istiqamətdə 1.30 və aşağı istiqamətdə 1.29 olaraq qalır.