İngiltərədən mənfi göstəricilər və funtun ucuzlaşması

05 Fevral 2019

İngiltərənin xidmət sektorunda işgüzar indeksinin gözləniləndən zəif açıqlanması, GBP/USD məzənnəsinin minimumlarını yeniləməsinə səbəb olub.

İngiltərədən mənfi göstəricilər və funtun ucuzlaşması

İngiltərənin xidmət sektorunda işgüzar aktivlik indeksi (ing.: "Services PMI") göstəricisi 0.1 bəndlik azalma ilə proqnozlaşdırılmasına baxmayaraq, 1.1 bəndlik azalma ilə açıqlandı.


Gözlənildiyi kimi iqtisadi göstəricinin geriləmə ilə açıqlanması, funtun ucuzlaşmasına səbəb oldu və GBP/USD məzənnəsi 1.30 səviyyəsini aşağı istiqamətdə test etdi. İrəliləyən saatlarda 1.30 səviyyəsinin qırılması nəticəsində GBP/USD məzənnəsində ucuzlaşmanın 1.29 həddinədək davam edəcəyi ehtimal edilir.


Qiymətin 1.30 həddini aşa bilməyərək bu səviyyədən dəstək alması isə 1.3034 qiymətinədək davam edə biləcək qısamüddətli artımla nəticələ bilər.