İngiltərədən süpriz mənfi göstərici

19 Dekabr 2019

İngiltərədə pərakəndə satış dövriyyəsi proqnozlaşdırılanların əksinə olaraq azalmaqda davam edib.

İngiltərədən süpriz mənfi göstərici

İngiltərənin statistika idarəsinin cümə axşamı açıqladığı rəsmi məlumata əsasən, pərakəndə satış dövriyyəsi noyabrda aylıq müqayisədə 0.6% azalıb. Oktyabrda da 0.1%-lik azalmadan sonra mütəxəssislər 0.3%-lik artım ehtimal edirdilər. 

Qeyd etmək lazımdır ki, pərakəndə satış dövriyyəsində azalma gələcəkdə inflyasiya və iqtisadi inkişafın azala biləcəyinə işarədir.