İngiltərə və ABŞ-dan ÜDM göstəriciləri açıqlanacaq

27 Aprel 2018

Dünya iqtisadiyyatının üzərində qara buludların artması fonunda yaranmış qeyri-müəyyənlik özünü aparıcı valyutaların qiymətlərində də göstərir.

İngiltərə və ABŞ-dan ÜDM göstəriciləri açıqlanacaq

Avro və Funt ucuzlaşmaqda davam edir. 

Dünya valyuta birjalarında aparıcı valyutaların dollara nisbətən məzənnələri ucuzlaşmaqda davam edir. Belə ki, avro/dollar məzənnəsi 1.21$, funt/dollar məzənnəsi 1.39$-a ticarət edilməkdədir. Təhlillərə əsasən, avro əlavə olaraq 1.2075$, funtun qiyməti isə 1.3742$-a kimi də ucuzlaşa bilər.


Avropa Mərkəzi Bankının (AMB) açıqlamaları cümə axşamı aparıcı valyutalara olan tələbin daha da azalmasına səbəb olub. Belə ki, AMB sədri Mario Draqi mətbuat konfransında son aylar Avrozona iqtisadiyyatında müşahidə edilən iqtisadi durğunluğun nəzarət altında olmasına və inkişaf göstəricilərinin tarixi orta səviyyələrin üzərində olmasına baxmayaraq, ehtiyatlı olmaq və dəqiq fikir bildirmək üçün gözləmək lazımdır. Beləliklə, mərkəzi bankın ifadələri onu göstərir ki, cari mülayimləşmənin gələcək gözləntiləri fonunda qeyri-müəyyənlik mövcuddur və Draqi özü də, bu vəziyyətin ya müvəqqəti, ya da dərin böhranın başlanğıcı olduğunu bildirdi. İsveç Mərkəzi Bankı da monetar siyasətin normallaşması planını ərtələyib. İngiltərə Mərkəzi Bankının sədri də sonuncu müsahibəsində növbəti faiz artımı fonunda qərarsız olduqlarını göstərib. Bütün bunlarla yanaşı, Beynəlxalq Valyuta Fondu sonuncu hesabatında qlobal risklərin daha da artıdığını göstərib. 


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 12:30-də İngiltərənin və saat 16:30-da Amerikanın birinci rüb üzrə iqtisadi inkişaf göstəriciləri yayımlanacaqdır və fundamental məlumatlar maliyyə bazarlarında yüksək dalğalanamlara səbəb ola bilər.


Qızıl 1302$-a kimi də ucuzlaşa bilər. 

Əlvan metallar bazarlarında da qızılın qiyməti ucuzlaşmaqdadır. Artıq 1315$-a ticarət edilən qızılın bir unsiya üzrə qiyməti 1302$-a kimi də dəyər itirə bilər.