İngiltərənin emal sənayesində artım

09 Aprel 2020

İngiltərənin sənaye istehsalında artım dinamikası azalsa da mənfi ticarət saldosu artsa da emal sənayesində artım müşahidə edilir.

İngiltərənin emal sənayesində artım

İngiltərənin statistika idarəsinin cümə axşamı açıqladığı rəsmi məlumatlara əsasən, fevral ayında sənaye istehsalı aylıq müqayisədə 0.1, emal sənayesi isə 0.5% artıb. 

Mütəxəssislər yanvar ayında sənaye istehsalının 0.2% artmasından sonra 0.1, emal sənayesinin də 0.1% artacağını proqnozlaşdırırdılar. 

Bununla yanaşı, ticarət saldosunda mənfi balansın 6 milyard funt sterlinqə yüksələcəyi proqnozuna rəğmən 11.5 milyard funt sterlinqə kimi artıb.