İngiltərənin əmək bazarı, AB üzrə iqtisadi gözləntilər

13 Noyabr 2018

Bu gün açıqlanacaq önəmli fundamental məlumatların dünya birjalarında güclü dalğalanmaya səbəb olacağı gözlənilir. Avro və funt sterlinq diqqət mərkəzində.

İngiltərənin əmək bazarı, AB üzrə iqtisadi gözləntilər

Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsi 1.13$-ın altında ticarət edilməkdədir və bu səviyyənin altında qaldıqca, 1.12$-a kimi da ucuzlaşa biləcəyi proqnozlaşdırılır. İngiltərə valyutası funt sterlinq də 1.29$-ın altında təklif edilməkdədir və 1.27$-a kimi də ucuzlaşa bilər.


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:30 və 14:00-da müvafiq olaraq açıqlanacaq İngiltərənin əmək bazarı və Avrozonanın gələcək iqtisadi gözləntilərinə dair önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.