İngiltərənin əmək bazarından müsbət göstəricilər

21 Yanvar 2020

Böyük Britaniyada işsizlik proqnozlaşdırıldığından az və əmək haqları isə proqnozlaşdırılandan çox artıb.

İngiltərənin əmək bazarından müsbət göstəricilər

İngiltərənin statistika idarəsinin çərşənbə axşamı açıqladığı rəsmi məlumatlara əsasən, işsizlik noyabrda 3.8% səviyyəsində qalsa da dekabrda artım 14.9 min nəfər olub. Bu, noyabrda 28.8 min nəfər artımdan sonra dekabrda 22.6 min nəfərlik artım proqnozundan azdır. 

Əmək haqlarında da illik artım proqnozlaşdırılandan yüksək olub. Belə ki, noyabrda 3.1% artım ehtimal edilirdisə, 3.2%-lik artım açıqlanıb. 

Qeyd etmək lazımdır ki, əmək bazarında müsbət tendensiya inflyasiyaya da müsbət təsir.