İngiltərənin iqtisadi inkişafı proqnozların üzərində

29 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında böyük maraqla gözlənilən İngiltərə iqtisadiyyatı ilə bağlı önəmli fundamental məlumatlar müsbət açıqlanıb.

İngiltərənin iqtisadi inkişafı proqnozların üzərində

İngiltərə hökümətinin açıqdladığı rəsmi statistik məlumatlara əsasən, 2018-ci ilin dördüncü rübü ərzində istehsal olunan mal və xidmətlərin dəyəri rüblük müqayisədə yalnız 0.2% artıb. Bu üçüncü rübün 0.6%-lik inkişaf səviyyəsi ilə müqayisədə aşağıdır. 


İqtisadi inkişaf dinamikası illik müqayisədə isə 1.5%-dən 1.4%-ə düşüb. İlkin hesablanmada bu göstərici 1.3%-ə düşmüşdü və mütəxəssislər də ikinci hesablanmada artım proqnozlaşdırmırdılar. 


Bununla yanaşı, hökümətin açıqladığı rəsmi göstəricilərdə cari əməliyyatlar balansında mənfi defisitin 23.0 milyard funtdan 23.7 milyard funta kimi artdığı müşahidə edilib. 


İnvestisiyaların illik artım dinamikası da mənfi 3.7%-dən 2.5%-ə düşüb.