İngiltərənin maliyyə nazirliyindən Breksit xəbərdarlığı

20 İyun 2019

Beynəlxalq maliyyə bazarlarında İngiltərə hökümətinin sazişsiz Breksit fonunda açıqlaması qlobal risklərin artmasına işarə ola bilər.

İngiltərənin maliyyə nazirliyindən Breksit xəbərdarlığı

İngiltərənin maliyyə naziri Filip Hemmond baş nazir vəzifəsi üçün namizədləri sazişsiz breksit fonunda xəbərdarlıq edib. Avropa birliyindən razılıqsız ayrılmaq iqtisadiyyata zərər verəcəkdir, dövlət xərclərini milyardlarla funt artıracaq və Böyük Britaniyanın parçalanmasına səbəb ola bilər, deyə Hemmond cümə axşamı Londonda çıxışı zamanı deyib.