İngiltərənin pərakəndə dövriyyəsində sürpriz artım

15 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında İngiltərədən böyük maraqla gözlənilən fundamental göstəricilər gözlənilədən də yüksək açıqlanıb.

İngiltərənin pərakəndə dövriyyəsində sürpriz artım

İngiltərədə pərakəndə satış dövriyyəsi ilə bağlı statistik göstəricilə yanvar ayında proqnozlardan yaxşı açıqlanıb. İngiltərənin cümə günü açıqladığı rəsmi məlumatlara əsasən, ölkədə pərakəndə dövriyyə yanvar ayında 1.0% artaraq, illik müqayisəli göstəricinin 4.2%-ə yüksəlməsinə səbəb olub. Dekabr ayında bu göstərici 3.1% idi. 


Avtobil satışları istisna olmaqla hesablanan dövriyyə aylıq müqayisədə 1.2% artıb və illik göstəricinin 4.1%-ə çatmasına səbəb olub. Dekabr ayında illik göstərici 2.9% idi.


İqtisadçılar aylıq müqayisədə pərakəndə satış dövriyyəsinin yalnız 0.2% artacağını proqnozlaşdırırdılar. 


Qeyd etmək lazımdır ki, dekabr ayında dövriyyə 0.7%, avtomobil satışları istisna olmaqla hesablanan göstərici isə 1.0% azalmışdı.