İngiltərənin pərakəndə satış dövriyyəsi 0.2% arta bilər

15 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün İngiltərədən açıqlanacaq önəmli fundamental məlumatlar investorların diqqət mərkəzindədir.

İngiltərənin pərakəndə satış dövriyyəsi 0.2% arta bilər

Bu gün Bakı vaxtı ilə saat 13:30-da açıqlanması gözlənilən vacib xəbərlərdən biri də Böyük Britaniyada pərakəndə satışların həcmi və pərakəndə satışların baza hissəsinin həcmi ilə bağlı statistik göstəricilərin dərcidir. 


Dekabr ayında pərakəndə satışların ümumi həcmində 0.9%, baza hissəsinin həcmində 1.3% azalma olsa da, yanvar ayında hər iki göstəricidə də 0.2%-lik artım gözlənilir.