İngiltərənin sənaye sektorunda aktivlik azalmaqda

01 May 2018

İngiltərənin istehsal sektorunda aktivlik əyrisi 2017-ci ilin minimum səviyyəsinin altında. GBP/USD məzənnəsi 1.37$-ın altında təklif edilir.

İngiltərənin sənaye sektorunda aktivlik azalmaqda

"Markit Economics" araşdırma mərkəzinin çərşənbə axşamı açıqladığı məlumatlarda, İngiltərənin istehsal sektorunda biznes aktivliyini ölçən indeksin (ing.: "PMI") aprel ayında 54.9 punktdan 53.9 punkta kimi azaldığı göstərilib. Analitiklər isə yalnız 54.9 punkta kimi azalma gözləyirdilər. 


"PMI" (ing.: "Purchasing Managers Index") göstəricisi sahibkarlar arasında 10 mövzu ilə bağlı aparılan sorğu əsasında hazırlanır: Daxil olan sifarişlər, sifariş portfeli, ixrac əsaslı sifarişlər, idxal, istehsal, sifariş olunanların qəbulu, ehtiyat (anbar), müştəri portfeli, məşğuliyyət və qiymət.


50.0-ın üzərində açıqlanan göstərici inkişafın dinamikası, 50.0-ın altında açıqlanan indeks isə böhran haqqında siqnaldır. 50.0 isə keçmiş göstərici ilə müqayisədə dəyişikliyin olmadığını göstərir. 


Məlumatların açıqlanmasından sonra dünya birjalarında funtun qiyməti sürətlə ucuzlaşaraq, son üç ayın minimum səviyyəsini yeniləyib. Hal-hazırda 1.37$-ın altında ticarət edilən GBP/USD məzənnəsi, bu səviyyənin altında qaldıqca, 1.3586$-a kimi də ucuzlaşa bilər. 


Qeyd etmək lazımdır ki, 2016-ci ilin avqust ayından etibarən başlayan İngiltərənin istehsal sektorunda inkişaf 2017-ci ilin noyabr ayında maksimum səviyyələrinə çatdıqdan sonra dekabr ayından azalmağa başlayıb. Cari ilin birinci rübü ərzində müşahidə edilən zəiflik, artıq ikinci rübdə də davam etməkdədir.