İngiltərənin ticarətində defisit arta bilər

12 Mart 2019

Bu gün investorların diqqət mərkəzində olan önəmli fundamental məlumatlar arasında İngiltərənin ticarətinə dair göstəricilər də yer alır.

İngiltərənin ticarətində defisit arta bilər

Bu gün Bakı vaxtı ilə saat 13:30-da İngiltərənin ticarət dövriyyəsi ilə bağlı statistik rəqəmlər dərc ediləcəkdir. 


Yanvar ayında Böyük Britaniyada ticarat balansındakı mənfi saldonun artaraq 12.20 milyard funt sterlinqə çatacağı proqnozlaşdırılır. 


Müqayisə üçün qeyd edək ki, ötən ilin dekabr ayında mənfi saldo 12.10 milyard funt təşkil edirdi. Proqnozlar özünü doğruldarsa, bu, funtun dünya maliyyə bazarlarında zəifləməsinə səbəb ola bilər.