İngiltərənin tikinti sektorunda aktivlik artır

03 Dekabr 2019

İngiltərənin tikinti sektorunda işgüzarlıq aktivliyini ölçən göstəricilərdə artım sürətlənir.

İngiltərənin tikinti sektorunda aktivlik artır

Ingiltərənin İxtisaslaşmış Satınalma və Təchizat İnstitutunun (ing.: "CIPS") çərşənbə axşamı açıqladığı məlumatlara əsasən, tikinti sektorunda işgüzarlıq indeksi noyabrda 44.2 punktdan 45.3 punkta yüksəlib. Mütəxəssislər isə yalnız 44.5 punkta kimi artım proqnozlaşdırırdılar. 

Qeyd etmək lazımdır ki, oktyabrda da göstəricilər proqnozlaşdırıldığından yüksək açıqlanmışdır.