İngiltərənin xarici ticarət defisiti artmaqdadır

11 Yanvar 2019

İngiltərənin xarici ticarət defisiti gözlənilmədən artmaqla yanaşı, sənaye istehsalı da azalmaqdadır. Məlumatlar funtun ucuzlaşmasına səbəb olmayıb.

İngiltərənin xarici ticarət defisiti artmaqdadır

İngiltərənin statistika idarəsinin cümə günü verdiyi rəsmi məlumatlara əsasən, mənfi xarici ticarət saldosu noyabr ayında 11.95 milyard funtdan 12.02 milyard funta kimi artıb. Mütəxəssislər isə 11.40 milyard funta kimi azalma gözləyirdilər. Beləliklə, mənfi saldo 2018-ci ilin avqust ayından artmaqda davam edir. Bununla yanaşı, ümumi sənaye istehsalı noyabr ayında 0.4%, emal isə 0.3% azalıb. 


Məlumatların açıqlanması GBP/USD məzənnəsinə güclü təsir etməyib və 1.27$-a ticarət edilməkdədir. Son günlər İngiltərə ilə bağlı açıqlanan mənfi fundamental göstəricilər beynəlxalq valyuta birjalarında daha çox dolların qiymətinə mənfi təsir etməkdədir. 


Qeryd etmək lazımdır ki, sonuncu dəfə Amerika Mərkəzi Bank sədri Jerom Povel dünya iqtisadiyyatında iqtisadi dinamikanın zəifləməsinin riskləri artırdığını vurğulamışdı. Bu vəziyyət FED-in əlavə faiz artımı ehtimallarını azaldır.