İngiltərənin xidmət sektorunda aktivlik yenidən artır

05 Mart 2018

İngiltərənin xidmət sektorunda biznes aktivliyi fevral ayında son dörd ayın maksimum səviyyəsinə yüksəlib.

İngiltərənin xidmət sektorunda aktivlik yenidən artır

"İxtisaslaşmış Satınalma və Təchizat İnstitutu"-nun (ing.: "CIPS") bazar ertəsi verdiyi məlumatlara əsasən, sektor üzrə aktivliyi ölçən indeks (ing.: "PMI") fevral ayında 54.5 punkta kimi 1.5 punkt yüksəlib. Bu, oktyabr ayının 55.6 punktundan sonra ən yüksək səviyyə hesab edilir. Bundan sonra göstərici yanvar ayında 53.0 səviyyəsinə kimi azalmışdır. Analitiklər isə fevral ayında yalnız 0.3 punktluq artım proqnozlaşdırırdılar. 


"PMI" (ing.: "Purchasing Managers Index") göstəricisi sahibkarlar arasında 10 mövzu ilə bağlı aparılan sorğu əsasında hazırlanır: Daxil olan sifarişlər, sifariş portfeli, ixrac əsaslı sifarişlər, idxal, istehsal, sifariş olunanların qəbulu, ehtiyat (anbar), müştəri portfeli, məşğuliyyət və qiymət.


50.0-ın üzərində açıqlanan göstərici inkişafın dinamikası, 50.0-ın altında açıqlanan indeks isə böhran haqqında siqnaldır. 50.0 isə keçmiş göstərici ilə müqayisədə dəyişikliyin olmadığını göstərir. 


Məlumatların açıqlanması foreks bazarlarında GBP/USD məzənnəsinin 1.3834$-a kimi bahalaşmasına təsir etmişdir.