İnqves: Avrozona iqtisadiyyatında qeyri-müəyyənliklər var

13 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında avronun qiymətlərinə mənfi təsir edə biləcək açıqlamalar olub.

İnqves: Avrozona iqtisadiyyatında qeyri-müəyyənliklər var

İsveç mərkəzi bankının rəhbəri Ş. İnqves bildirir ki, Breksitə və ABŞ-Çin iqtisadi danışıqlarına dair qeyri-müəyyənlik qalmaqdadır. İqtisadiyyatın zəifləməsi əsasən Avrozonada müşahidə olunur.


"İsveç iqtisadiyyatı isə güclü olaraq qalır. Hazırki vəziyyət faiz dərəcələrini 2% ətrafında saxlamağa imkan yaradır. Qarşıdakı illərdə faiz dərəcələri tədricən artırıla bilər”, deyə sədr əlavə edib. 


Hal-hazırda 1.13 həddindən aşağıda ticarət olunan EUR/USD maliyyə aləti üçün 1.1330 səviyyələri əhəmiyyətli hesab edilir ki, qiymətin həmin səviyyədən yuxarıda ticarət olunması, alışlara marağın artmasına səbəb ola bilər.