07.12.2017 InvestAZ Günlük Analiz

07.12.2017
Beynəlxalq Birjalarının cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

07.12.2017 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 


Cümə gününə kimi dollar 0.5%-ə kimi ucuzlaşa bilər. 

Dünya valyuta birjalarında EUR/USD məzənnəsi 1.18$ və GBP/USD məzənnəsi 1.33$-a kimi ucuzlaşıb. Türkiyə maliyyə bazarlarında lirə 3.84TL-ə ticarət edilməkdədir.

Beynəlxalq valyuta birjalarında isə cümə günü Bakı vaxtı ilə saat 17:30-da ABŞ-dan əmək bazarı ilə bağlı açıqlanacaq önəmli statistik məlumatlar öncəsi dolların aparıcı valyutalara nisbətən orta qiymətinin yenidən 0.5%-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır.


Qızıl: Eniş dalğası fonunda 1278$-a kimi korreksiya. 

Əlvan metallar bazarlarında da qızılın bir unsiya üzrə qiyməti 1261$-a kimi ucuzlaşdıqdan sonra 1269$-a kimi dəyər qazanıb. Təhlillərə əsasən, dünyada siyasi gərginliklərin yenidən artmasına fonunda qiymət 1260$-ın üzərində qaldıqca, 1278$-a kimi də dəyər qazana bilər.