12.01.2018 InvestAZ Günlük Analiz

12.01.2018
Beynəlxalq Birjalarının cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

12.01.2018 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 


Avronun qiymətində növbəti çılğınlıq. 

Dünya valyuta birjalarında Avropa Mərkəzi Bankının açıqlamaları EUR/USD məzənnəsinin 1.2066$-a kimi bahalaşmasına təsir edib. Təhlillərə əsasən qiymət 1.2089$-ı da yuxarı istiqamətdə qırarsa, 1.2123$-a kimi də bahalaşa bilər. Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 17:30-da ABŞ-da açıqlanacaq inflyasiya ilə bağlı önəmli statistik məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır.


USD/TRY 3.86TL-ə kimi də bahalaşa bilər. 

Türkiyədə maliyyə bazarlarında da dollar 3.80TL-ə kimi bahalaşdıqdan sonra 3.77$-a kimi ucuzlaşıb və qiymət 3.75TL-ə kimi də ucuzlaşa bilər.


Qızılın qiymətində növbəti artım dalğası. 

Əlvan metallar bazarlarında isə qızılın qiyməti proqnozlaşdırıldığı kimi növbəti artım dalğasına başlayıb. 1330$-a kimi dəyər qazanan qızılın bir unsiya üzrə qiyməti 1326$-ın üzərində qaldıqca, 1357$-a kimi də dəyər qazana bilər.