16.04.2018 InvestAZ Günlük Analiz

16.04.2018
Beynəlxalq Birjalarının cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

16.04.2018 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



EUR: Gələcək qiyməti fonunda qeyri-müəyyənlik. 

Dünya valyuta birjalarında EUR/USD məzənnəsi aprel ayının minimum və maksimum səviyyələri aralığında dalğalanmaqdadır. Gələcək istiqaməti proqnozlaşdırmaq üçün isə yuxarı və ya aşağı sərhədlərin qırılmasını gözləmək lazımdır. Beləliklə, hal-hazırda 1.23$-a ticarət edilən avro/dollar məzənnəsi üçün 1.24$-ın yuxarı istiqamətdə qırılması, qiymətin 1.26$-a kimi bahalaşa bilməsi üçün güclü siqnal rolunu oynayacaqdır. Bu baş vermədikdə, yəni qiymət 1.24$-ın altında qaldıqca, ucuzlaşma 1.22$-a kimi də davam edə bilər.

Bununla yanaşı, çərşənbə axşamı və çərşənbə günləri müvafiq olaraq Bakı vaxtı ilə saat 13:00-da açıqlanacaq Avrozonanın gələcək iqtisadiyyatı ilə bağlı gözlənti indeksi və inflyasiya ilə bağlı önəmli statistik məlumatlar da investorların diqqət mərkəzindədir.


Qızılda bahalaşmanın güclənməsi üçün 1353$ səviyyəsi.

Əlvan metallar bazarlarında qızılın bir unsiyası üzrə qiyməti 1346$-ın (43.2 $/qram) üzərində dalğalanmaqdadır və 1353$-ı (43.4 $/qram) da yuxarı istiqamətdə qırarsa, 1365$-a (43.8 $/qram) kimi də dəyər qazana bilər.