17.05.2018 InvestAZ Günlük Analiz

17.05.2018
Beynəlxalq Birjalarının cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

17.05.2018 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



Avroda eniş dalğasının sürətlənməsi. 

Dünya maliyyə bazarlarında EUR/USD məzənnəsi 1.1762$-a kimi ucuzlaşdıqdan sonra 1.1837$-a kimi bahalaşıb. Təhlillərə əsasən, avro yenidən 1.1762$-a kimi ucuzlaşarsa, 1.1709 və 1.1630$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.


USD/TRY-də korreksiya: 4.34TL. 

Türkiyə maliyyə bazarlarında isə USD/TRY məzənnəsi 4.50TL-ə kimi bahalaşdıqdan sonra 4.39TL-ə kimi ucuzlaşıb və 4.34TL-ə kimi də ucuzlaşa bilər.


Brent nefti 81$-a kimi dəyər qazana bilər. 

Enerji bazarlarında isə neft qiymətləri artım dalğasına davam etməkdədir. Yenidən 79$-ın üzərində təklif edilən Avropanın Brent markalı neftin bir barel qiyməti, bu səviyyəninin üzərində qaldıqca, 81$-a kimi də dəyər qazanacağı proqnozlaşdırılır.