İnvestorlar gələn həftəyə fokuslanıb

30 Mart 2018

Gələn həftə açıqlanacaq Avrozonanın inflyasiya və ABŞ-ın əmək bazarı ilə bağlı göstəriciləri investorlar diqqət mərkəzində saxlamaqdadırlar.

İnvestorlar gələn həftəyə fokuslanıb

Dünya valyuta birjalarında aparıcı valyutaların dollara nisbətən məzənnələri ucuzlaşaraq, cari həftənin minimum səviyyələrində ticarət edilirlər. Avropa iqtisadiyyatı ilə bağlı zəif fundamental göstəricilərin və “BREXIT” fonunda risklərin mövcudluğu, avro və funt sterlinqin qiymətlərinə mənfi təsir etməkdədir. 


Bu baxımından investorlar gələn həftəni böyük maraqla gözləyirlər və beynəlxalq bazarlarda dalğalanmaların güclənəcəyi gözlənilir. Belə ki, gələn həftənin çərşənbə günü saat 13:00-da Avrozonanın ümumi inflyasiya səviyyəsi və cümə günü saat 16:30-da Amerikanın əmək bazarı ilə bağlı ciddi statistik göstəricilər açıqlanacaqdır. Beləliklə, EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq, 1.23$ və 1.41$ ətrafında dalğalanırlar. 


Əmtəə birjalarında isə qızılın bir unsiya üzrə qiyməti 1325$, Brent neftinin bir barel qiyməti isə 69$-a təklif edilməkdədir.