İqtisadi güvən indeksi artdı

28 Avqust 2019

Avqust ayında bu rəqəm 7.9% artaraq 87.1 bənd olmuşdur.

İqtisadi güvən indeksi artdı

Türkiyə Statistika İdarəsinin açıqladığı hesabata görə İqtisadi güvən indeksi İyul ayında 80.7 bənd olduğu halda avqust ayında bu rəqəm 7.9% artaraq 87.1 bənd olmuşdur. İqtisadi inam indeksinin artması istehlakçı, real sektor (emal sənayesi), xidmətlər, pərakəndə ticarət və inşaat sektoru inam indekslərinin artması ilə əlaqədardır.

Qeyd edək ki, avqust ayında istehlakçı güvən indeksi 58.3 bəndə, real sektorun güvən indeksi 102.1 bəndə, xidmət sektoru güvən indeksi 89.1 bəndə, Pərakəndə satış sektoru güvən indeksi 95 bəndə və inşaat sektoru güvən indeksi isə 55.5 bəndə yüksəlmişdir.