İran: ABŞ bizim dronu vurmayıb

19 İyul 2019

ABŞ-ın İran dronunun vurulması xəbərləri maliyyə bazarlarında hərbi eskalasiyanın yarana biləcəyi fonunda narahatlıqları yenidən artırmışdı.

İran: ABŞ bizim dronu vurmayıb

İran ABŞ prezidenti Donald Trampın ölkəsinin dəniz qüvvələrinin qarşı tərəfin dronunu vurması açıqlamalarını inkar edib. Ağ evin məlumatlarına əsasən, hadisə neft tankerləri üçün önəmli beynəlxalq dəniz marşrutunun üzərində yerləşən Hörmüz boğazında baş tutub. 

"Biz nə Hörmüz boğazında, nə də başqa yerdə dron itirmişik", deyə İranın xarici işlər nazirinin müavini Abbas Arağçı cümə günü tvitter hesabında yazıb. Lakin bilmədən öz dronlarını vurduqlarından narahatdır. 

Hadisə cümə axşamı maliyyə bazarlarında ABŞ ilə İran arasında hərbi eskalasiyanın yarana biləcəyi fonunda narahatlıqları yenidən artırmışdı.