İran ABŞ ilə danışıqlar üçün tələblərini bildirdi

26 İyun 2019

Beynəlxalq maliyyə bazarlarında İran ilə ABŞ arasında siyasi böhran aktual olaraq qalır və tərəflər arasında sərt gözləntilər davam edir.

İran ABŞ ilə danışıqlar üçün tələblərini bildirdi

İran prezidenti Həsən Ruhaninin fikirlərinə görə, ABŞ höküməti ilə yalnız Vyana nüvə sazişinə qayıtmasından və sanskiyaları dayandırdıqdan sonra danışıqlara hazır ola bilər. 


"Amerikalılara deyə biləcəyimiz yalnız budur: Yolunuz səhv idi. Bütün tərəflərin maraqlarını təmin etmək və dünya, region və xüsusilə nüvə silahlarının yayılmaması sazişi üçün ən qısa yol isə razılaşmaya qayıtmaqdır", deyə Ruhani çərşənbə günü partiya toplantısında danışarkən deyib. 


Qeyd etmək lazımdır ki, ABŞ prezidenti Donald Tramp 2018-ci ilin may ayının əvvəlində Vyana nüvə sazişindən çıxıb. Bununla yanaşı, hökümət neft və bank sektoruna qarşı böyük sanksiyalarla Tehranı sazişi yenidən razılaşdırmağa və sərt tələblərə məcbur etmək istəyir. İran isə bunu təkzib edir.