İran: ABŞ nefti siyasiləşdirməklə səhv edib

23 Aprel 2019

Beynəlxalq enerji birjalarında neft qiymətlərinin ucuzlaşmasına təsir edə biləcək xəbər İrandan gəlib və sanksiyaları qıracaqlarını bildirib.

İran: ABŞ nefti siyasiləşdirməklə səhv edib

İranın neft naziri Bijan Zanqaneh ixraca qarşı Amerikanın sanksiya tətbiq etməsinin, nefti siyasiləşdirməyin və silah kimi istifadə etməyin səhv olduğunu bildirib. 


Nazir bütün imkanlardan istifadə edərək sanksiyaları da qıracaqlarını vurğulayıb. 


Qeyd etmək lazımdır ki, Səudiyyə Ərəbistanı ABŞ-ın İrana qarşı tədbirləri qarşılığında neft istehsalını da artıracaqlarını deyib.