İran ABŞ-sız sülh təşəbbüsünə başlayır

26 Sentyabr 2019

İran ilə ABŞ arasında böhranın böyüməsi, Yaxın Şərqdə investisiyaları azaltmaqla iqtisadi riskləri də artırır.

İran ABŞ-sız sülh təşəbbüsünə başlayır

Fars körfəzində aylardır davam edən böhrandan sonra İran prezidenti Həsən Ruhani sülh təşəbbüsünə başlayıb və ABŞ-ın iştirakını istisna edir. Belə ki, Ruhani çərşənbə günü BMT Baş Assambleyasında çıxışı zamanı qonşu dövlətləri böhranın ümumi həlli üçün danışıqlara dəvət edib. ABŞ prezidenti Donald Tramp ilə müzakirələrdən isə Ruhani sanksiyalar qüvvədə qaldıqca imtina edib. 

"İranı səfalət silahı, təzyiq və sanksiyalarla diz çökdürməyə məcbur edən düşmən ilə müzakirə etmirlər", deyə İran prezidenti vurğulayıb. 

Ruhaninin planı region dövlətlərini xaricdən müdaxilə olmadan böhranı həll etməyə çağırmaqdadır: "Biz birbirimizin qonşularıyıq, Amerikanın deyil. ABŞ Əfqanistan, Suriya və İraqda uğursuz olub. Belə bir hökümət bugünkü gündə mürəkkəb problemləri həll etməyə qadir deyildir".