İran britaniya tankerinin 8 ekipaj üzvünü buraxıb

04 Sentyabr 2019

İran tərəfindən müsadirə edilən britaniyalı "Stena Impero" tankerinin ekipaj üzvlərindən bəzisi müəyyən səbəblərdən azad edilib.

İran britaniya tankerinin 8 ekipaj üzvünü buraxıb

İranın xarici işlər nazirliyi britaniya gəmisinin yerli qaydaları pozmasına baxmayaraq, kapitan və komanda üzvləri ilə problemlərinin olmadığını bildirərək, ekipaj 23 üzvlərindən 7-sini azad etdiyini bildirib. 

Hindistan, Rusiya və Latviyadan olan yeddi şəxs kapitan tərəfindən seçilib və onlar evlərinə geri qayıda bilərlər. Tankerin azad olunmasına dair isə hal-hazırda məhkəmə prosesinin getdiyi əlavə edilib. 

Qeyd etmək lazımdır ki,  britaniya tankeri iyul ayında Hörmüz boğazında İran kəşfiyyatı tərəfindən saxlanılmışdır. Bu hadisədən öncə isə İranın "Grace 1" super tankeri Suriyaya qeyri-qanuni yolla neft daşınması ittihamı ilə saxlanılmışdır. Lakin tanker keçən ay buraxılsa da İran höküməti super tankerinin təhlükəsiz geri qayıtmasını gözləyir. Bundan sonra "Stena Impero" da azad edilə bilər.