İran: Hörmüz boğazında heç bir hadisə olmayıb

11 İyul 2019

İngiltərə hökümətinin İrana qarşı neft tankerlərinə qarşı əməliyyat keçirməsi ittimhamları, ikinci tərəfindən təkzib edilib.

İran: Hörmüz boğazında heç bir hadisə olmayıb

İranın İslam inqilabı keşikçiləri korpusu ("SEPAH") fars körfəzində britaniyalı gəmi ilə hadisənin yaşanmasını inkar edib. Cümə axşamı verilən məlumata əsasən, son 24 saat ərzində Hörmüz boğazında xarici gəmilərlə hadisə olmayıb. 


Qeyd etmək lazımdır ki, sonuncu dəfə cümə axşamı İngiltərə höküməti üç İran gəmisinin Hörmüz boğazında "British Heritage" neft tankerinin hərəkətinin qarşısını aldıqlarını bildirmişdi. "HMS Montrose" freqatı iki tərəf gəmilər arasına daxil olub xəbərdarlıq etdikdən sonra gəmilər uzaqlaşıb.