İran İngiltərəyə qarşı sərt mövqeyini saxlamaqda

05 Avqust 2019

Beynəlxalq enerji bazarlarında fars körfəzində İngiltərə ilə İran arasında böyüyən tanker böhranı investorların diqqət mərkəzindədir.

İran İngiltərəyə qarşı sərt mövqeyini saxlamaqda

Böyük Britaniya ilə tanker mübahisəsində İran xarici işlər nazirinin sözlərinə görə sərt mövqeyini qorumaqdadır. Məhəmməd Cavad Zərif bazar ertəsi Tehranda mətbuat konfransında böhranı dayandırmaq üçün ingilis tankeri "Stena Impero"-nun azad edilməsi sualına cavabında ölkəsinin baş əyməyəcəyini deyib. 

İngiltərə iyulun 4-də Cəbəli-Tariqda İranın "Grace1" neft tankerini müsadirə etmişdir və bu, gəminin Avropa birliyinin Suriyaya qarşı sanksiyaları pozması ilə əlaqələndirilmişdir. İyulun 19-da isə İran tərəfi Hörmüz boğazında gəmiçilik qaydalarını pozduğuna görə, Böyük Britaniyanın "Stena Impero" neft tankerini saxlamışdır. İranın gəmilərin dəyişdirilməsi təklifini isə Britaniya rədd edib. 

Zərif danışarkən tankerlərinin Cəbəli-Tariqda müsadirə edilməsini britaniyalıların piratçılığı adlandırıb. Daha pis isə odur ki, London bu qeyri-qanuni yol ilə ABŞ-ın İran xalqına qarşı "de facto iqtisadi terorizmini" və sanksiyalarını dəstəkləyir. Nazir britaniya gəmisinin saxlanılmasını isə cavab addımı olmadığını bildirir və qanun pozuntusunun aşkar edildiyini əlavə edir. İran 2000 km-dən çox sahil sərhədi ilə təhlükəsizliyini qorumalıdır. 

Əlavə tanker müsadirələri ilə bağlı isə xarici işlər naziri Zərif şərh verməyib. İran İnqilab keşikçiləri Ordusu keçən həftənin çərşənbə günü 700 000 litr qaçaq yanacaq daşıyan gəmi saxlayıb. İranın dövlət kanalı "IRNA" isə gəminin İraqa məxsus "Hita" olduğu açıqlanıb. İraqın neft naziri isə gəmi əlaqələrini təkzib edib. İran diplomatları da bunun İraqın neft nazirliyi və ya britaniya ilə münasibətlərə dair heç bir əlaqəsinin olmadığını, bunun sadəcə rutin sərhəd əməliyyatı olduğunu deyib.