İran tankerlərin mübadiləsini təklif etdi

24 İyul 2019

Dünya birjalarında İranın İngiltərə ilə siyasi gərginliyin aradan qaldırılmasına təsir edə biləcək təklifi investorların diqqət mərkəzindədir.

İran tankerlərin mübadiləsini təklif etdi

İngiltərə ilə tanker mübahisəsini dayandırmaq üçün İran prezidenti Həsən Ruhani iki ölkənin dayandırılan neft tankerlərinin mübadiləsini təklif edib. "Biz gərginlik istəmirik və hamı Cəbəli-Tariq da daxil olmaqla, qaydalara riayət edəcəksə, qarşılığını da bizdən görəcəkdirlər", deyə Ruhani çərşənbə günü partiya toplantısında deyib. İran nə inadkardır, nə də farz körfəzində konflikt istəmir. Lakin İran təzyiq və təhdidlərin qarşısında da bükülməyəcəkdir. 

Böyük Britaniya tankerinin İran tərəfindən dayandırılmasından sonra Londonda hökümət Avropa ölkələri tərəfindən regionda tətbiq edilən dəniz müdafiəsi missiyası tətbiq etmək istəyirlər. Bu tədbir beynəlxalq ticarət üçün önəmli gəmiləri vacib dənizlərdə qoruyur. 

Qeyd etmək lazımdır ki, yuxarıdaki sözügedən mübahisə iyulun 4-ündə başlayıb. Bu zaman Cəbəli-Tariqdə İranın super neft tankeri müsadirə edilmişdir. Buna səbəb isə Avropa birliyindən qadağan edilən Suriyaya daşınmalardır. Bundan sonra cümə günü isə İran Hörmüz boğazında ingilis bayrağı altında üzrə "Stena Impero" neft tankerini saxladı. Gəmi beynəlxalq tələblərə cavab verməyib, GPS sistemlərini söndürüb və ətraf mühitə zərərli olan materiallar daşıyıb, deyə məlumat verilib. İngiltərə höküməti isə İranı "dövlət piratçılığı"-nda ittiham edib. 

İki ölkə arasında böhran isə Böyük Britaniyada Breksit ətrafında gərgin daxili siyasi proseslərin getdiyi və mühafizəkar baş nazir Meyin istefası dövrünə təsadüf edir. İngiltərədə bu gün təyin edilən yeni baş nazir Boris Conson isə İran ilə bağlı münasibətləri öyrənməli olacaqdır.