İran yeni "xarici gəmi" saxladı

05 Avqust 2019

Beynəlxalq enerji bazarlarında neft marşrutlarında ölkələr arasında tanker böhranı investorların diqqət mərkəzindədir.

İran yeni "xarici gəmi" saxladı

İran britaniyalı neft tankerinin saxlanılmasından sonra yenidən farz körfəzində İraqa məxsus gəmi müsadirə edib. İran İnqilab keşikçiləri Ordusundan verilən məlumatlara əsasən, gəmi ərəb körfəz ölkəsinə qaçaq yanacaq daşıyıb. Belə ki, iyulun 31-də Farsi adasında gəmi saxlanılaraq, Buşehr limanına aparılıb. 700 000 litr neft müsadirə edilib ə yeddi yad dənizçilər tutulublar. 

İlk növbədə gəminin hansı ölkəyə və daşınma şirkətinə məxsus olması, tutulanların milliyəti haqqında məlumat verilməsə də sonradan İranın dövlət telekanalı "IRNA" gəminin İraqa məxsus olduğu xəbərini verib. İraq höküməti isə məlumatı təkzib edib.   

Qeyd etmək lazımdır ki, hadisə ticarət gəmilərinin fars körfəzində hərbi müdafiəsi haqqında müzakirələrin getdiyi zaman baş verib. İyulun 19-da İran tərəfi Hörmüz boğazında gəmiçilik qaydalarını pozduğuna görə, Böyük Britaniyanın "Stena Impero" neft tankerini saxlamışdır. Bundan öncə isə İngiltərə iyulun 4-də Cəbəli-Tariqda İranın "Grace1" neft tankerini müsadirə etmişdir. Bu isə Avropa birliyinin Suriyaya qarşı sanksiyaları pozduğuna görə saxlanılmışdır.