İranın nüvə proqramı təchizatçılarına qarşı sanksiya

19 İyul 2019

ABŞ ilə İran arasında siyasi böhranın dərinləşməsi və qarşılıqlı sərt addımlar qlobal iqtisadi münasibətlərə də mənfi təsir edir.

İranın nüvə proqramı təchizatçılarına qarşı sanksiya

ABŞ İranın nüvə proqramının təchizatçılarına qarşı sankisyalar tətbiq edib. Çin, Belçika və İrandan olan yeddi şirkət və beş şəxs İranda uranın zənginləşdirilməsində məsul olan şirkətlərə dəstəkdə ittiham olunurlar. Bu haqda cümə axşamı Amerikanın maliyyə nazirliyi açıqlama verib və İranın provokatif davranışlarından narahat olduqlarını bildirib. 

Sanksiyalara görə müvafiq tərəflərin ABŞ-da olan aktivləri dondurulub və yerli Amerika vətəndaşlarına onlarla əməkdaşlıq qadağan edilib. Xarici maliyyə şirkətləri də köçürmələrdə iştirak etdiklərinə görə, sanksiyalarla qarşılaşa bilərlər. 

Qeyd etmək lazımdır ki, ABŞ keçən il İran ilə imzalanan beynəlxalq nüvə sazişindən çıxıb və bundan sonra sərt iqtisadi sanksiyalar tətbiq etməyə başlayıb. Bura neft ixracının qadağan olunması da daxildir. İran tərəfi isə bu il sazişin iki önəmli maddəsini pozmağa başlayıb. Belə ki, İran İslam Respublikası 2015-ci ildə razılaşdırılan uran və zənginləşdirmə səviyyələrini aşıb.