İraq: Qiymətləri stabil saxlamağa çalışırıq

25 Aprel 2019

İraq höküməti neft qiymətlərinin tarazlaşdırılması istiqamətində "OPEC+" razılaşmasına sadiq qalacaqlarını vurğulayıb.

İraq: Qiymətləri stabil saxlamağa çalışırıq

İraqın neft naziri Cabar al-Luaibi ölkəsinin neft qiymətlərini stabil saxlamağa və bazarları təmin etməyə çalışdığını bildirib. 


İraqın neft istehsalını 6 milyon barelə kimi artırmaq imkanının olduğunu deyən nazir, bazar tələbatını gələcəkdə də qarşılaya biləcəklərini vurğulayıb. 


Cabar al-Luaibi, İraqın "OPEC" ilə hasilatın azaldılması razılaşmasına sadiq qalacağını və bazarda təktərəfli hərəkət etməyəcəyini əlavə edib.