İrlandiya: Breksit sazişi razılaşdırılmağa yaxın

11 Oktyabr 2019

Beynəlxalq maliyyə bazarlarında İrlandiya baş nazirinin İngiltərə baş naziri ilə görüşündən sonra verdiyi şərhlər investorlarda risk iştahını artırıb.

İrlandiya: Breksit sazişi razılaşdırılmağa yaxın

İngiltərə baş naziri Boris Conson ilə İrlandiya baş naziri Leo Varadkar ilə Breksit danışıqlarında razılaşmaya yaxınlaşıblar. Belə ki, İrlandiya tərəfi oktyabrın 31-də baş tutacaq Breksitə kimi razılığın əldə edilə biləcəyinin mümkün olduğunu açıqlayıb. 

Cümə axşamı Conson ilə Liverpul yaxınlığında iki saatlıq görüşdən sonra verdiyi açıqlamasında Varadkar, uğursuzluğu da istisna etməyib. 

Qeyd etmək lazımdır ki, İngiltərə ilə Avropa Birliyi (AB) arasında Breksit sazişinin imzalanmasına mane olan Şimali İrlandiya (İngiltərə) ilə İrlandiya (AB) arasında sərhədin açıq saxlanılmasına dair fikir ayrılığıdır.