İrlandiya İngiltərə hökümətinə dəstək olmaq istəyir

19 Fevral 2019

İrlandiyanın xarici işlər naziri Breksir mövzusunda İngiltərə parlamentini yola gəlməyə və "backstop" maddələrindən narahat olmamağa çağırır.

İrlandiya İngiltərə hökümətinə dəstək olmaq istəyir

İrlandiya xarici işlər nazirliyinin rəhbəri Koveni çıxışı zamanı Breksit ilə bağlı bəzi fikirlər səsləndirib: “AB ölkələri Breksit razılaşmasını yenidən müzakirə etmək istəmirlər. Razılaşmasız Breksit isə 3 il davam edən danışıqlardan sonra təəccüblü olardı. Britaniya parlamentinin müzakirələri daha məntiqli olmalıdır. AB-nin sığorta mexanizmi olan bekstopdan imtina və onu illüziyalarla əvəz etmək olmaz. İrlandiya razılaşmasız Breksitə hazırlaşmaq üçün yüz milyonlarla avro pul xərcləməlidir. Biz Tereza Meyə kömək etmək istəyirik ki, Breksit layihəsini parlamentdə qəbul etdirsin”.