"ISM" Xidmət sektorunda Biznes Aktivliyi Indeksi (PMI)

05 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün investorlar tərəfindən böyük maraqla gözlənilən göstəricilər arasında ABŞ-ın xidmət sektoruna dair göstəricilərdi.

"ISM" Xidmət sektorunda Biznes Aktivliyi Indeksi (PMI)

Bu gün Bakı vaxtı ilə saat 19.00-da açıqlanacaq Xidmət sektorunda Biznes Aktivliyi Indeksi (PMI) bazar iştirakçılarının dıqqət mərkəzindədir.


Təchizat İdarəetmə İnstitutunun (ISM) xidmət sektorunda biznes aktivliyi indeksi (ISM xidmətləri kimi də tanınır) ötən ay üçün xidmət sektorundakı fəaliyyətin aktivliyini göstərir.


50-dən yuxarı olan hər hansı nəticə fəaliyyət aktivliyinin artmasını, 50-dən aşağı isə fəaliyyət aktivliyinin azalmasını göstərir.


Gözləniləndən daha yüksək göstəricilər ABŞ dolları üçün positiv, gözlənilən göstəricilərdən daha aşağı göstəricilər isə ABŞ dolları üçün neqativ hesab olunur.


Qeyd edək ki, keçən ay açıqlanan nəticələr 56.7 punkt  idi, proqnozlara əsasən bu gün açıqlanacaq nəticələr 57.2 punkt olaraq gözlənilir.