İspaniyada inflyasiya 1.3%-ə yüksəldi

28 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında son zamanlar yenidən təzyiq altında olan avronun qiyməti, açıqlanan göstəricilər fonunda yenidən bahalaşa bilər.

İspaniyada inflyasiya 1.3%-ə yüksəldi

İspaniyanın milli statistika idarəsinin açıqladığı rəsmi məlumatlara əsasən, ölkədə istehlak qiymətləri indeksi mart ayında 0.4% artaraq, illik inflyasiyanın 1.1%-dən 1.3%-ə kimi yüksəlməsinə səbəb olub. 


Mütəxəssislər isə istehlak qiymətləri indeksinin illik müqayisədə 1.4%-ə kimi yüksələ biləcəyini proqnozlaşdırırdılar.