İspaniyada inflyasiya artmağa başlayıb

13 Mart 2018

İspaniyada inflyasiya 1.1%-ə çataraq, Avrozonanın ümumi göstəricisinin yuxarı sərhədinə yaxınlaşıb.

İspaniyada inflyasiya artmağa başlayıb

İspaniyanın statistika idarəsinin çərşənbə axşamı verdiyi məlumata görə, ölkədə istehlak qiymətləri indeksinin illik artım dinamikası fevral ayında 1.1%-ə yüksəlib. Yanvar ayında isə bu artım 0.6% olmuşdur. 


İspaniyada istehlak qiymətləri indeksinin illik artım dinamikası 2017-ci ilin mart ayından etibarən cari ilin yanvar ayına kimi 3.0%-dən 0.6%-ə kimi azalmışdır. Fevral ayında isə istehlak qiymətləri yanvar ayı ilə müqayisədə 0.1% artaraq, illik artım dinamikasının yenidən dekabr ayı səviyyəsinə çatmasına səbəb olub. 


Məlumatların açıqlanmasından sonra EUR/USD məzənnəsi 1.2351$-a kimi bahalaşıb. 


Qeyd etmək lazımdır ki, ümumilikdə Avrozonada ən böyük iqtisadiyyata sahib Almaniya və Fransada illik artım dinamikası müvafiq olaraq 1.4% və 1.2%-ə çataraq, 1.2% təşkil edir. Beləliklə, böhran ölkəsi kimi tanınan İspaniyada inflyasiyanın Avrozonanın yuxarı sərhədinə yaxınlaşdığının şahidi oluruq. Yuxarı sərhədin üzərində olan ölkələr Litva (3.5%), Estoniya (3.1%), Slovakiyadır (2.4%), Latviya (1.8%), Avstriya (1.8%), Belçikada (1.5%), Malta (1.2%), Hollandiya (1.2%) və Sloveniyadır (1.2%). İnflyasiya ən aşağı olan və deflyasiya hökm sürən ölkələr isə Luksenburq (1.0%), Finlandiya (0.8%), Portuqaliya (0.6%), İtaliya (0.6%), İrlandiya (0.2%), Yunanıstan (0.1%) və Kıprıs Respublikasıdır (-0.3%).