İspaniyada inflyasiya artmaqda davam edir

28 İyun 2018

İspaniyada inflyasiya 2.3%-ə çataraq, Avrozonanın ümumi göstəricisinin yuxarı sərhədininin üzərində inkişaf etməkdədir. Məlumatlardan sonra avro bahalaşıb.

İspaniyada inflyasiya artmaqda davam edir

İspaniyanın statistika idarəsinin cümə axşamı verdiyi məlumata görə, ölkədə istehlak qiymətləri indeksinin illik artım dinamikası iyun ayında 2.3%-ə yüksəlib. May ayında isə bu artım 2.1% olmuşdur. Bu göstəricilər isə son bir ilin maksimum səviyyələridir. 


İspaniyada istehlak qiymətləri indeksinin illik artım dinamikası 2017-ci ilin mart ayından etibarən cari ilin yanvar ayına kimi 3.0%-dən 0.6%-ə kimi azalmışdır. Fevral ayında isə istehlak qiymətləri yanvar ayı ilə müqayisədə 0.1% artaraq, illik artım dinamikasının yenidən dekabr ayı (1.1%) səviyyəsinə çatmışdır. Aylıq artım səviyyəsinin isə may ayında 0.9%-ə yüksəlməsi ilə illik dinamikanın da may və iyun aylarında son bir ilin maksimum səviyyəsinə çatmasına səbəb olub. 


Avropa Mərkəzi Bankı sonuncu mətbuat konfransı zamanı Avrozonada inflyasiyanın artmasını enerji bazarlarında yüksək neft qiymətləri ilə əlaqələndirmişdir. 


Məlumatların açıqlanmasından sonra EUR/USD məzənnəsi 1.1579$-a kimi bahalaşıb. 


Qeyd etmək lazımdır ki, ümumilikdə Avrozonada ən böyük iqtisadiyyata sahib Almaniya və Fransada illik artım dinamikası müvafiq olaraq 2.1% və 2.0%-ə çataraq, 1.9% təşkil edir. Beləliklə, böhran ölkəsi kimi tanınan İspaniyada inflyasiyanın Avrozonanın yuxarı sərhədinin üzərində inkişaf etdiyinin şahidi oluruq. 


Yuxarı sərhədin üzərində olan digər ölkələr Litva (2.9%), Estoniya (3.0%), Slovakiyadır (2.6%), Latviya (2.3%), Avstriya (2.1%) və Sloveniyadır (2.0%). İnflyasiya ən aşağı olan ölkələr isə Belçika (1.8%), Malta (1.7%), Hollandiya (1.7%), İtaliya (1.4%), Luksenburq (1.3%), Finlandiya (1.0%), Portuqaliya (1.0%), Yunanıstan (0.6%), İrlandiya (0.4%) və Kıprıs Respublikasıdır (1.3%).