İşsizlik və əmək haqları göstəriciləri müsbət açıqlanıb

19 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında Böyük Britaniyanın əmək bazarı ilə bağlı açıqlanan fundamental məlumatlar müsbət qiymətləndirilir.

İşsizlik və əmək haqları göstəriciləri müsbət açıqlanıb

Böyük Britaniyada əmək bazarı ilə bağlı açıqlanan fundamental göstəricilərə əsasən, işsizlik səviyyəsi yanvarda 3.9%-ə kimi azalsa da fevral ayında işsizlərin sayı 27 min nəfər artıb. Analitiklər işsizlik səviyyəsinin 4.0% səviyyəsində qalacağını və işsizliyin isə yalnız 15.7 min nəfər artacağını proqnozlaşdırırdılar. 


Əmək haqlarında artım dinamikası isə proqnozların əksinə olaraq, yanvarda 3.4% səviyyəsinə düşüb. Dekabr ayında bu, 3.5% idi. İqtisadçılar isə dinamikanın 3.2%-ə kimi düşəcəyini pronozlaşdırırdılar.