İsveç Mərkəzi Bankının qərarı volatilliyi artırıb

26 Aprel 2018

"Riksbank"-ın sərt monetar siyasti ilə bağlı qərarı, dünya birjalarında İsveç kronu ilə yanaşı, avro və funt qiymətlərinin də ucuzlaşmalarına səbəb olub.

İsveç Mərkəzi Bankının qərarı volatilliyi artırıb

İsveç Mərkəzi Bankı (ing.: "Riksbank") monetar siyasətin sərtləşdirilməsi planını ərtələyib. Bu haqda cümə axşamı "Riksbank" məlumat verib. Belə ki, ilkin faiz artımı cari ilin ikinci yarısından ilin sonuna uzadılıb. 


İsveç Bankı qərarını inflyasiyanın azalması ilə əlaqələndirir. Bu isə inflyasiyanın gələcəkdə hansı sürətdə inkişaf edəcəyi qeyri-müəyyənliyini gücləndirir. Uçot faiz dərəcəsi son iki ilin minimum - (-0.5)% səviyyəsində saxlanılıb. 


Bankın qərarından sonra dünya birjalarında İsveç kronu sürətlə ucuzlaşmağa başlayıb. Bu gün səhər USD/SEK məzənnəsi 8.54SEK-ə ticarət edilirdisə, artıq məzənnə 8.60SEK-in üzərində təklif edilir. Təhlillər isə onu göstərir ki, valyuta cütlüyü üzrə qiymət 8.64SEK-i də yuxarı istiqamətdə qıraraq, üzərində möhkəmlənərsə, 8.83SEK-ə kimi də bahalaşa bilər.