İsveçdə inflyasiyanın azalması və USD/SEK bahalaşması

19 Fevral 2019

İsveçdə inflyasiya göstəricisinin azalma ilə dərc olunması, İsveç kronunun qiymətində güclü enişə səbəb oldu və USD/SEK 10.00 krona kimi bahalaşa bilər.

İsveçdə inflyasiyanın azalması və USD/SEK bahalaşması

Bu gün Bakı vaxtı ilə saat 12:30-da İsveçdən dərc olunan aşağı inflyasiya göstəricisi, USD/SEK (ABŞ dolları/İsveç kronu) valyuta cütlüyündə qiymətin kəskin artımına səbəb oldu.

 

USD/SEK valyuta cütlüyünün qiyməti tarixi maksimum yaradaraq, 9.4170 səviyyəsinədək bahalaşıb. Qiymət bu səviyyənin üzərində qaldıqca, qiymətin 9.8000 və 10.0000 səviyyəsinədək bahalaşması proqnoz olunur.

 

Alternativ olaraq, qiymət 9.2300 səviyyəsini qırarsa, 9.1800 və 9.0300 həddlərinədək ucuzlaşa bilər.