İsveçrə frankı yenidən əvvəlki səviyyələrində

20 Aprel 2018

Son bir neçə həftə ərzində dünya valyuta birjalarında İsveçrə frankının dəyəri bahalaşaraq, 2015-ci ilin yanvar ayı səviyyələrinə qayıdıb.

İsveçrə frankı yenidən əvvəlki səviyyələrində

2015-ci ilin əvvəlindən etibarən gözlənilmədən sərbəst buraxılan İsveçrə frankının dəyəri ilk dəfə olaraq yenidən geri qayıdıb. Belə ki, cümə axşamı bir avro üçün 1.20 frank tələb olunurdu. Beləliklə, kurs yenidən İsveçrə Mərkəzi Bankının illərdir frankın kursunda nail olmaq istədiyi səviyyəyə qayıdıb. 


Mart ayının əvvəlində EUR/CHF məzənnəsi 1.15 frank ətrafında ticarət edilirdisə, son bir neçə həftə frankın dəyəri dayanmadan düşür. Burada Avropa Mərkəzi Bankının yumşaq monetar siyasətini zəiflətməsi fonunda avronun qiymətində müşahidə edilən bahalaşma daha böyük rol oynayıb. Bununla yanaşı, İsveçrə Mərkəzi Bankı (ing.: "SNB") da mənfi faiz siyasətinə davam etməkdədir. ABŞ-ın sanksiyaları nəticəsində rusiyalı iş adamlarının da İsveçrə Banklarında geri çəkdikləri böyük həcmdə pullar da frankın dəyərinin düşməsinə təsir edici amil ola bilər. 


Qeyd etmək lazımdır ki, "SNB" frankın dəyərində çox bahalaşmanın qarşısını almaqla, ucuz idxal məhsulları fonunda deflyasiyanın qarşısını almağa və ixrac potensialını da gücləndirməyə çalışır. Lakin bunun üçün yüksək valyuta ehtiyatları saxlamalı idilər. 2015-ci ilin yanvar ayında isə EUR/CHF məzənnəsi yenidən sərbəst buraxıldıqdan sonra sürətlə bahalaşmağa başladı və tarixdə ilk dəfə olaraq bir avronun da üzərində olub.