İsveçrə inkişaf proqnozunu 1.2%-ə yüksəltdi

13 İyun 2019

Dünya birjalarında İsveçrə hökümətinin ilin birinci yarısında daxili bazarın güclənməsi fonunda inkişaf proqnozlarını gücləndirməsi diqqət mərkəzində.

İsveçrə inkişaf proqnozunu 1.2%-ə yüksəltdi

İsveçrənin iqtisadiyyat üzrə dövlət katibliyi (SECO) inkişaf proqnozlarını açıqlayıb. 


Sənədə əsasən, 2019-ci il üzrə iqtisadiyyatın 1.1% artması proqnozları 1.2%-ə  yüksəldilib, 2020-ci il üzrə isə 1.7% səviyyəsində saxlanılıb. 


Bununla yanaşı, cari il üzrə inflyasiya ehtimalları 0.4%-dən 0.6%-ə yüksəldilib, 2020-ci il üzrə 0.6% səviyyəsində saxlanılıb. 


"SECO" proqnozların artmasını daxili bazarın güclənməsi ilə əlaqələndirir. Fevral ayının yumşaq keçməsi tikintiyə dəstək olub və avtomobil sektoru da canlanıb. 


Dünya iqtisadiyyatında risklərin artması, xüsusilə də ticarət böhranın dərinləşməsi, Breksit fonunda qeyri-müəyyənliklər və İtaliyanın maliyyə vəziyyət ilə bağlı da xəbərdarlıq edilib. 


Qeyd etmək lazımdır ki, proqnozlar artırılsa da risklərin yüksək olması fonunda ümumi mənzərə zəif olaraq qiymətləndirilir.